UNEC-in "Rəqəmsal texnologiyalar və tətbiqi informatika" kafedrasının professoru Şahnaz Şahbazova və “Biznesin idarəedilməsi” kafedrasının müəllimi Mirvari Qəzənfərli Erasmus+ proqramı çərçivəsində Ruminiyanın Aurel Vlaucia Arad Universitetində akademik səfərdə olublar.
UNEC əməkdaşları Aurel Vlaucia Arad Universitetinin müəllim və tələbə heyəti üçün mühazirələr keçiblər. Eyni zamanda Arad Universitetinin rektoru professor Ramona Lile ilə görüşərək, hər iki universitet arasında mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Əməkdaşlarımız həmçinin, Mühəndislik fakültəsinin dekanı Prof. Dan Qlavan, prorektor Alexandra Popabil, Erasmus+ proqramının kordinatoru Gerlinde Knap ilə görüşərək, tərəflər arasında gələcək əlaqələrin ugurlu inkişafı yollarını müzakirə ediblər.