A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Qırğızıstan-Türkiyə Manas Universitetinin (QTMU) təşəbbüsü ilə yaradılan Mərkəzi Asiya Universitetlər Birliyinə (MAUB) üzv seçilib.

UNEC-in İqtisadiyyat və işlətmə kafedrasının müdiri Fariz Əhmədov niyyət məktubunun imzalanma mərasimində iştirak edib. 15 ölkədən 29 universitetin üzv olduğu birliyi Azərbaycandan UNEC təmsil edib. UNEC həmçinin birliyin idarə heyitndə də yer alıb. QTMU-nun rektoru, professor Səbahettin Balcı Mərkəzi Asiya Universitetləri Birliyinin rəhbəri seçilib.Mərkəzi Asiya Universitetləri Birliyinin məqsədi ali təhsil müəssisələri və onlarla əməkdaşlıq edən qurumlar arasında əlaqələri gücləndirmək, inteqrasiyanı dəstəkləmək, müəllim-tələbə mübadiləsini təşkil etmək, ikili diplom proqramlarını tətbiq etmək, proqram və kredit mübadilə sistemlərinin təkmilləşdirilməsi istiqamətində birgə çalışmaq, keyfiyyət təminatı sistemi yaratmaq və akkreditasiya mexanizmləri üzərində işləmək, üzv olan universitetlərin güclü olduğu sahələri nəzərə alaraq regional inkişafa töhfə verəcək layihələri dəstəkləməkdir.Tədbir çərçivəsində Qırğızıstan-Türkiyə Manas Universitetinin 20-ci ildönümü də qeyd edilib. Yubileyi münasibətilə hazırlanan sənədli filmin nümayişi ilə başlayan mərasim universitet rəhbərliyi və dövlət nümayəndələrinin çıxışları ilə davam edib.Sonda tələbələrin ifasında türk dünyası mahnı və rəqsləri nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay