A

UNEC-in qalib olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH" layihəsi çərçivəsində Barselona Universiteti, Royal Texniki İnstitutu (KTH), Boloniya Universiteti və Danimarka Texniki Universitetinin nümayəndələrini bir araya gətirən beynəlxalq tərəfdaşlarla onlayn görüş keçirilib.

Görüşdə layihə çərçivəsində təbliğat işlərinin aparılması, may ayında keçirilməsi planlaşdırılan yerli konfransda məruzəçi qismində xarici tərəfdaşların dəvət edilməsi planları müzakirə edilib.

Bundan əlavə, iştirakçılar gələcək təbliğat tədbirləri və onların növbəti illərdə layihə çərçivəsində effektivliyinin artırılması məsələlərinə də toxunublar. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay