A

UNEC-in Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, Avrasiya İqtisadiyyatı BETM rəhbəri, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib.

Rusiya Federasiyası Prezident Kitabxanası və Sankt-Peterburq Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfrans “Universitet təhsilinin memarlığı: strateji təşəbbüslər və effektiv həllər” mövzusunda olub.

UNEC professoru “Texnoloji inkişafın maraqlarına uyğun olaraq universitetin tədqiqat siyasətinin formalaşdırılması” adlı açıq müzakirədə “Müasir universitelərdə elmi fəaliyyətin təhlili: ümumi problemlər və fərqli yanaşmalar” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında universitetlərin elmi tədqiqatlarının iqtisadi çağırışlara cavab verməsi, universitetlərdə tədqiqat və tədris arasında tarazlığın qurulması, elmi nəşr və elmi məqalənin qiymətləndirilməsi, elmi tədqiqatların nəticələrinin tədris prosesinə inteqrasiyası və s. mövzulara toxunmuşdur.

Professor, həmçinin, texnoloji inkişafı təmin etmək məqsədilə universitetlərin elm siyasətinin formalaşdırılmasından söz açaraq, bu istiqamətdə UNEC-in  təcrübəsini bölüşmüşdür. Maraqla qarşılanan məuzənin sonunda prof. Zahid Məmmədov mövzu ilə bağlı sualları cavablandırıb. 

TOP XƏBƏRLƏR