A

Qazaxıstanın Kunayev Universitetinin rektoru Jazira Omiralinin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub. 

UNEC rektoru professor Ədalət Muradovla görüşən qazaxıstanlı nümayəndələrlə universitetlər haqqında məlumat mübadiləsi aparılıb. Hər iki ali təhsil müəssisəsinin əməkdaşlıq istiqamətləri müəyyənləşdirildikdən sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Memorandumda hər iki universitet arasında tələbə-müəllim mübadiləsi, birgə elmi nəşrlərin, məqalələrin hazırlanması, konfrans və simpoziumların keçirilməsi, elmi-tədqiqat işlərinə cəlbolunma və digər istqamətlərdə əməkdaşlıq nəzərdə tutulub. 

Memorandumdan sonra qonaqlar UNEC-in infrastrukturu ilə tanış olublar.

TOP XƏBƏRLƏR