A

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsi tərəfindən UNEC-in Zaqatala filialının və UNEC Biznes Məktəbinin akademik heyətinə ERASMUS+ proqramının Jean Monnet fəaliyyət növü üzrə layihələrini yazılması ilə bağlı məlumat xarakterli görüş təşkil olunub.

Görüşdə Layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Gültac Tahirli Jean Monnet proqramı, layihənin fəaliyyət müddəti və büdcəsi, icrası ilə bağlı lazımı sənədlər, eləcə də layihə təklif formasının hazırlanması ilə bağlı iştirakçılara geniş məlumat verib.

 Sonda əməkdaşları maraqlandıran  suallar cavabladırılıb.

TOP XƏBƏRLƏR