A

UNEC-in koordinator olduğu REFRESH layihəsi çərçivəsində UNEC və layihənin xarici tərəfdaşları Kral Texnologiya İnstitutu (KTİ), Boloniya Universitetinin nümayəndələri ilə Beynəlxalq layihə idarəetmə komandasının virtual əməkdaşlıq sessiyası keçirilib.

Bu əməkdaşlıq sessiyası layihənin gedişatının qiymətləndirilməsinə, layihənin praktiki nəticələrinin hazırkı vəziyyətinə və daha güclü institusional təşəbbüslərin təşviqinə yönəldilib.

Müzakirələrdə REFRESH layihəsi çərçivəsində innovativ təcrübələri təkmilləşdirmək üçün KTİ, Bolonya Universitetinin təcrübəsindən yararlanmaq və digər Avropa İttifaqı tərəfdaşlarını cəlb etmək haqqında məqamlara toxunulub.

Layihənin xarici tərəfdaşları  institusional innovasiyaları təşviq etmək məqsədi ilə ali təhsil və tədqiqat sahəsində ən yaxşı təcrübələri bölüşməyə maraqlı olduqlarını qeyd ediblər.

Görüşdə üzvlər tərəfindən REFRESH layihəsinin universitet və sənaye arasında əməkdaşlığı inkişaf etdirmək missiyası da vurğulanıb.

TOP XƏBƏRLƏR