A

27 sentyabr – II Qarabağ Müharibəsi şəhidlərinin Anım Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Əməkdaşlıq Departamentinin təşəbbüsü ilə beynəlxalq onlayn tədbir keçirilib.

Tədbirdə UNEC-in Rus İqtisad Məktəbi (RİM) ilə yanaşı, Macarıstanın Miskolc Universiteti, Türkiyənin Uşak Universiteti  və Qazaxıstanın Akademik E.A. Buketov adına Karaganda Universitetinin nümayəndələri iştirak ediblər.

UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamenti Strateji İnkişaf şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Bəhlul Əliyev çıxışında, 27 sentyabr tarixinin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən və bu günün şəhidlərin əziz xatirəsinin yad edilməsi baxımından xüsusi önəm daşıdığını vurğulayıb.

Daha sonra UNEC Rus İqtisad Məktəbinin (RİM) direktor müavini Anar Eyyubov çıxış edərək II Qarabağ Müharibəsi zamanı şəhid olan qəhrəmanların göstərdiyi fədakarlıqdan danışıb. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin qəhrəmanlığının hər zaman dərin ehtiramla xatırlanacağını qeyd edib.

TOP XƏBƏRLƏR