A

UNEC-də Əndican Dövlət Texniki İnstitutunun akademik heyəti üçün qısa müddətli təcrübə proqramı uğurla başa çatıb.

Proqram çərçivəsində nümayəndə heyəti UNEC-in müxtəlif struktur bölmələri ilə yaxından tanış olub, tədris və elmi fəaliyyətin idarəedilməsi sahəsində yeni təcrübələr öyrəniblər. Heyət eyni zamanda Rus İqtisad Məktəbində mühazirələr keçərək tələbələrlə təcrübə və biliklərini paylaşıblar.

Beş nəfərdən ibarət akademik heyətin səfəri iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın dərinləşdirilməsinə və gələcək birgə təşəbbüslərin formalaşmasına real zəmin yaradıb.

TOP XƏBƏRLƏR