A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Prof. Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyaya işgüzar səfəri çərçivəsində Malayziya Texnologiya Universiteti (UTM) ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

Səfərdə Beynəlxalq Əməkdaşlıq Departamentinin Strateji İnkişaf şöbəsinin müdiri Bəhlul Əliyev və Layihələrin İdarə Olunması şöbəsinin müdiri Gültac Tahirli iştirak ediblər.

UTM-in Beynəlxalq əlaqələr direktorunun müavini Dr. Nur Azaliah Abu Bakar çıxışında UNEC və UTM arasında əməkdaşlığın strateji əhəmiyyətini vurğulayaraq, xüsusilə texnologiya və süni intellekt sahəsində birgə təşəbbüslərin mühüm imkanlar yaratdığını bildirib.

UTM-in Azman Hashim Beynəlxalq Biznes Məktəbinin direktoru Dr. Basheer Al-Haimi gələcək əməkdaşlıq potensialından danışaraq, birgə layihələr və akademik mübadilə proqramları üçün geniş imkanların olduğunu qeyd edib.

Görüş zamanı UNEC nümayəndələri universitet haqqında təqdimatlarla çıxış edərək, UNEC-in beynəlxalq əməkdaşlıq strategiyası və tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinin vacibliyini diqqətə çatdırıblar. Onlar iki universitet arasında birgə tədqiqatlar, akademik mübadilə və innovativ layihələr üzrə əməkdaşlıq imkanlarını təqdim ediblər.

Tərəflər qarşılıqlı fikir mübadiləsi apararaq gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdiriblər və birgə tədqiqatlar, akademik mübadilə və innovativ layihələr üzrə əməkdaşlıq istiqamətlərinin reallaşdırılması üzrə planları müzakirə ediblər.

TOP XƏBƏRLƏR