A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Qazaxıstanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının müzakirəsi məqsədilə Qazaxıstanda işgüzar səfərdə olublar.

Səfərdə UNEC-in Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur Bərxudarov, direktor müavini dosent Leyla Hacıyeva, Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova, Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Fuad Qasımov və Maliyyə və mühasibat fakültəsinin dekan müavini dosent Azər Qarayev iştirak ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti Qazaxıstanın Kunayev Universiteti, Abay adına Qazax Milli Pedoqoji Universiteti və Turan Universiteti ilə görüşlər keçirib. Görüşlərdə universitetlərarası əməkdaşlıq, elmi-tədqiqat fəaliyyətləri və akademik mübadilə imkanları müzakirə olunub.

UNEC-in Qazaxıstanla əməkdaşlığının gücləndirilməsi beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişlənməsinə, elmi və tədris imkanlarının artırılmasına, həmçinin tələbə və müəllim heyəti üçün yeni perspektivlərin formalaşmasına töhfə verəcək.

TOP XƏBƏRLƏR