UNEC nümayəndə heyəti Türkiyənin aparıcı ali təhsil müəssisələrindən olan Koç Universitetində ikitərəfli əməkdaşlıq imkanlarının müzakirəsinə həsr olunan görüş keçirib.
Görüşdə UNEC adından Karyera Mərkəzinin direktoru Sevinc Məcid, Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici əlaqələr şöbəsindən Günel Cəlilova və Xanım Ağadadaşova, eləcə də İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Samir İsmayılzadə iştirak ediblər.
Tərəflər təhsil və araşdırma sahəsində birgə layihələrin icrası, tələbə və akademik mobillik proqramlarının təşkili, həmçinin gələcək əməkdaşlıq mexanizmlərinin formalaşdırılması istiqamətlərində fikir mübadiləsi aparıblar. Koç Universitetinin rəhbərliyi beynəlxalq tərəfdaşlıqların genişləndirilməsinə, o cümlədən əməkdaşlıq memorandumu və ikili diplom proqramları üzrə potensial əməkdaşlığa açıq olduğunu vurğulayıb.
Görüş çərçivəsində qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə ilkin razılıq əldə olunub.