A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti universitetlərarası əlaqələrin genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə Özbəkistanın Taşkent Dövlət İqtisad Universitetinə işgüzar səfər edib.

Səfər çərçivəsində UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov, Mühəndislik fakültəsinin dekanı, dosent Elçin Səmədov, İnsan resursları şöbəsinin müdiri Nizami Qəhrəmanov, “Biznesin idarə edilməsi” kafedrasının müdiri Sevər Məmmədova, UNEC Biznes Məktəbinin direktor müavini Dünya Mustafayeva və Ümumi şöbənin müdiri Mətanət Novruzova Taşkent Dövlət İqtisad Universitetinin rektoru, professor Teshaboyev Tolqin Zakirovich ilə görüş keçiriblər.

Görüşün əvvəlində iki universitet arasında mövcud əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Xüsusilə UNEC və Taşkent Dövlət İqtisad Universiteti arasında icra olunan MBA proqramı üzrə ikili diplom əməkdaşlığının genişləndirilməsi əsas müzakirə mövzularından biri olub. Proqramın təkmilləşdirilməsi, tədris planlarının uyğunlaşdırılması, tələbə və müəllim mobilliyinin artırılması, eləcə də yeni ixtisaslaşmaların tətbiqi imkanları dəyərləndirilib.

Bununla yanaşı, görüş çərçivəsində birgə elmi-tədqiqat layihələri, innovasiya və startap ekosisteminin inkişafı, idarəetmə və rəqəmsallaşma sahələrində təcrübə mübadiləsi üzrə perspektiv əməkdaşlıq istiqamətləri də müzakirə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay