A

Oktyabrın 19-da UNEC-də Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqdimatı keçirilib.

DAAD-ın Bakı Məlumat Mərkəzinin nümayəndəsi UNEC tələbələrinə təşkilat haqqında məlumat verib. Bildirib ki, 1925-ci ildə Haydelberqdə bir tələbənin təşəbbüsü ilə yaradılan DAAD bu gün tələbə və elmi işçilərin beynəlxalq mübadiləsini dəstəkləyən dünyanın ən önəmli təşkilatlarından biridir. Təşkilatın dünyanın 60-dan çox ölkəsində 15 xarici nümayəndəliyi, 56 məlumat mərkəzi və 500-dən artıq lektor və dil mütəxəssisləri ilə təmsil olunur.

Görüşdə Almaniyanın ali təhsil müəssisələrində təqaüd və qrant proqaramları çərçivəsində təhsil almaq imkanları barədə geniş məlumat verilib. Alman dili üzrə yay məktəblərində iştirakın şərtlərindən bəhs edib.

Məlumat Mərkəzinin nümayəndəsi UNEC tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd: DAAD-ın Bakı Məlumat Mərkəzinin fəaliyyəti və proqramları haqqında məlumatı buradan əldə etmək olar:  

ƏTRAFLI

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay