UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin (DQƏTM) əməkdaşları Türkiyənin İstanbul Sabahattin Zaim Universitetində (İZU) olublar.
DQƏTM-in direktoru Səbuhi Tanrıverdiyev, mərkəzin qiyabi təhsil şöbəsinin müdiri Yalçın Köçərli və Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktor müavini Söhrab İsayev İZU-nun əlavə təhsil təcrübəsi, sertifikat proqramları ilə tanış olublar. Əlavə təhsil, maliyyə təhlili, satış və maliyyə idarəçiliyi, İslam Bankçılığı, layihə rəhbərliyi, insan resursları mütəxəssisi sertifikat proqramları sahəsində İZU-nun təcrübəsindən yararlanmaq, gələcəkdə bu istiqamətlərdə birgə əməkdaşlığın qurulması ilə bağlı müzakirələr aparıblar. UNEC-in nümayəndə heyəti ilə görüşən İZU-nun rektoru, professor Mehmet Bulut gənc müəllimlərin təcrübə mübadiləsinin hər iki universitet üçün faydalı olacağını bildirib.
Gənc müəllimlər səfər çərçivəsində İZU-da dövlətin iqtisadi siyasəti və ölkələrarası ticarət fənləri üzrə tələbələrə mühazirələr oxuyublar.