A

Clarivate Analytics təşkilatının Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkin, təşkilatın Təhsil proqramları üzrə direktoru Valentin Boqorov UNEC-də olub.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşən nümayəndə heyəti “Thomson Reuters”lə universitet arasında əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Görüşün əsas müzakirə mövzusu elmi seminar, beynəlxalq konfransların təşkili və elmmetrik məktəbin yaradılması olub.

Görüşdə UNEC-in ev sahibliyi ilə keçirilən “Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması modeli: innovativ inkişaf çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfransın elmi ictimaiyyətdə böyük maraq doğurduğu vurğulanaraq, konfransın materiallarından ibarət kitabın çap olunduğu qeyd edilib. Bildirilib ki, “Thomson Reuters”lə UNEC-in birgə təşkilatçılığı ilə daha bir beynəlxaq konfransın keçirilməsi nəzərdə tutulub. Beynəlxalq konfrans dünyanın nüfuzlu universitetlərinin alimlərini UNEC-də yenidən bir araya gətirəcək.

UNEC-in beynəlxalq səviyyəli universitet olmaq istiqamətində məqsədyönlü addımlar atıldığından məmnunluğunu ifadə edən O.Utkin “Thomson Reuters”in bu istiqamətdə həyata keçirilən layihələri dəstəklədiyini bildirib. O, UNEC-in nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artıdığını yüksək qiymətləndirərək universitetin dünya elm məkanına uğurla inteqrasiya etdiyini bildirib. UNEC-in elmi aləmdəki nüfuzunu nəzərə alaraq, Elmmetrik Məktəbin məhz burada yaradılmasının vacibliyini qeyd edib.

TOP XƏBƏRLƏR