A

Türkiyənin Ankara Universitetinin Mühəndislik fakültəsinin dekanı, professor Aziz Tekin, TİKA Bakı proqram koordinatoru Adem Urfa, TİKA Bakı proqram koordinatorunun müavini Ersin Çopur və TİKA Bakı ofisinin əməkdaşı Abbas Hümmətov UNEC-də olublar.

Qonaqlar UNEC-in Texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil HüseynovƏmtəəşünaslıq fakültəsinin dekanı, dosent Tofiq Osmanov və “Qida məhsullarının texnologiyası” kafedrasının müdiri Mehriban Məhərrəmova ilə görüşüblər. Görüşdə UNEC-də qida laboratoriyasının qurulması müzakirə edilib. Bu sahədə qardaş ölkənin təcrübəsindən faydalanmağın önəmi vurğulanıb. “Qida məhsulları texnologiyası” və “İstehlak mallarının ekspertizası” kafedralarının professor-müəllim heyətinin də qatıldığı görüşdə qonaqlar UNEC-də tədris olunan fənn proqramları, metodik göstərişlər, dərslik və aparılan tədqiqatlarla tanış olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay