A

Almaniyanın Siegen Universitetinin müəllimi Feriha Özdemir mübadilə proqramı çərçivəsində UNEC-də tədqiqat aparır.

F.Özdemir Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən maliyyələşən “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində UNEC-də mübadilədə iştirak edir. UNEC-lə tanışlıqdan sonra F.Özdemir “Beynəlxalq iqtisadiyyat” (ingilis dilli) kafedrasının nəzdində fəaliyyət göstərən “ISE Start-up klubu”nda “Qabiliyyətliliyin idarə edilməsi” mövzusunda qonaq məruzəçi kimi çıxış edib.

Fəlsəfə doktoru elmi dərəcəsini Siegen Universitetində “İnnovasiyanın idarə edilməsi” ixtisası üzrə alan F.Özdemir həm də “Qabiliyyətliliyin idarə edilməsi” adlı kitabın müəllifidir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay