A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Türkiyənin nüfuzlu Koç Universitetində təcrübə mübadiləsini davam etdirir.

Mübadilədə iştirak edən UNEC-in rektorunun müşaviri, dosent Elşən Bağırzadə, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, dosent Fariz Əhmədov, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizov və Karyera Mərkəzinin direktoru Ramil Cabbarov Koç Universitetinin rəsmiləri ilə bir sıra görüşlər keçirib. Görüşdə Koç Universitetnin akademik işlər üzrə prorektoru, professor Barış Tan, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, professor Zeynəb Gürhan Canlı, Beynəlxalq Proqramlar Ofisinin direktoru Burcu Sarsılmaz, Karyera mərkəzinin direktoru Tuna Dağlı və digər rəsmi şəxslərlə hər iki universitetdə həyata keçirilən yeniliklər haqqında fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

UNEC-in nümayəndə heyəti mübadilə çərçivəsində Koç Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi, mərkəzi kitabxanası, tələbə mərkəzi və digər müasir tədris və tədqiqat obyektlərini ziyarət edərək, onların iş fəaliyyəti ilə tanış olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay