A

Tbilisi Dövlət Universiteti Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSET) direktoru Tamar Sulukhia UNEC-də olub.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) direktoru Aqil Əzizovla görüşən T.Sulukhia hər iki universitet arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı professor-müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, birgə elmi konfransların təşkili istiqamətində fikir mübadiləsi aparılıb. Tamar Sulukhia İSET-in magistratura proqramları haqqında da məlumat verib. 

Sonra İSE-nin direktoru Aqil Əzizovla İSET direktoru Tamar Sulukhia arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, hər iki universitet arasında tələbə və magistr mübadiləsi, birgə tədqiqat işlərinin aparılması, konfrans və seminarların təşkili, o cümlədən distant təlimlərin aparılması nəzərdə tutulub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay