UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin təşkilatçılığı ilə Macarsıtanın Dunaujvaros Universitetinin keçmiş prorektoru, professor Gyorgy Agoston ilə görüş keçirilib.
Zoom vasitəsilə keçirilən görüşdə UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Strateji inkişaf şöbəsinin müdiri Turan Süleymanov professor Gyorgy Agoston ilə UNEC ilə Dunaujvaros Universiteti arasında əməkdaşlıq və Covid-19 pandemiyası dövründə ali təhsil çağırışlarını müzakirə ediblər.