Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiya Federasiyasının Ali İqtisad Məktəbinin (Milli Tədqiqat Universiteti) (AİM) magistratura pilləsinə qəbul üçün olimpiada keçirilib.
İki gün davam edən olimpiada AİM-in magistraturasında təhsil almaq istəyən xarici ölkə (əsasən MDB və Baltikyanı ölkələr) vətəndaşları olan tələbə və məzunlar arasında, eyni vaxtda 12 ölkənin 36 şəhərində keçirilib. Qalibvə mükafatçılar AİM-in magistraturasına imtahansız qəbul olunmaqla, ödənişsiz və təqaüdlü təhsil almaq hüququ qazanacaqlar.
Olimpiada əsasən iqtisadiyyat, menecment, maliyyə, dünya iqtisadiyyatı, biznes-informatika, riyaziyyat, dövlət idarəetməsi, beynəlxalq biznes, psixologiya istiqamətlərini əhatə edib.Rusiya Federasiyasının Ali İqtisad Məktəbi(MilliTədqiqat Universiteti) olimpiadanın nəticələrini aprel ayında açıqlayacaq.