A

UNEC-də intensiv təcrübə proqramında olan isveçrəli tələbələr proqramın üçüncü günündə PAŞA Kapital  İnvestisiya Şirkəti QSC-nın  Satış və Ticarət şöbəsinin rəhbəri Elçin Məmmədovun maliyyə bazarları haqqında seminarında iştirak ediblər.

Seminarda mövzu ilə bağlı müzakirələr aparılaraq, qonaqların maliyyə kapital bazarları ilə bağlı sualları cavablandırılıb.

Sonra isə Dövlət Neft Fondunun baş portfel meneceri Günel Musayeva ilə görüş keçirilib. Görüşdə isveçrəli tələbələrə Dövlət Neft fondunun fəaliyyəti, gənclər siyasəti və uğurlu gənc olaraq öz nümunəsində gördüyü işlər barədə ətraflı məlumat verilib.

Proqram çərçivəsində Azərbaycan Mərkəzi Bankının Mərkəzi Pul siyasətin şöbəsinin iqtisadi eksperti Elçin Gülaliyev Azərbaycanın pul siyasəti haqqında tələbələrə təlim keçib.

Təlimdə tələbələrin Azərbaycanın bank və pul siyasəti haqqında sualları cavablandırılıb.

İqtisadi ekspert Leyli Abbasova ilə görüşdə isə Azərbaycanda bank sektorunun perspektivləri müzakirə olunub.

Təlimçi Azərbaycanda fəaliyyət göstərən yerli bankların fəaliyyəti, missiyaları və inkişaf perspektivləri, eləcə də onlayn bank xidmətinin imkanlarından bəhs edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay