A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ümumi şöbəsinin müdiri dos. Rəşad Muradov və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin mütəxəssisi Mirlazım Dadaşov Erasmus+ proqramı çərçivəsində Latviya Universitetində təcrübə mübadiləsində iştirak ediblər.

UNEC əməkdaşları universitetin Mobillik Departamentinin müdiri Sintija Maculevica, Biznes, menecment və iqtisadiyyat fakültəsinin tələbə qəbulu bölməsinin əməkdaşı Zane Svilane, fakültənin beynəlxalq koordinatoru Nadejda Pavluçenko, fakültənin akademik işlər üzrə dekan müavini prof. Marqarita Dunska, Menecment və Sahibkarlıq üzrə Təlim Mərkəzinin direktor müavini Anna Bausova, Tələbə Şurasının Biznes, menecment və iqtisadiyyat fakültəsi üzrə rəhbəri və digər strukturların nümayəndələri ilə görüşüblər.

Görüşlər zamanı tərəflər arasında təmsil etdikləri strukturun fəaliyyəti, görülən işlər, keçirilən təlim və seminarlar, proqramlar, layihələr, startaplar, müvafiq fakültələr arasında bakalavr, magistr və doktorantura pillələri üzrə yeni əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Proqram çərçivəsində UNEC əməkdaşları Latviya Universitetinin Tibb və təbiət elmlərinin yerləşdiyi yeni kampus, 7/24 fəaliyyət göstərən kitabxana, eyni zamanda Biznes İnkubator Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Əməkdaşlarımız Latviya Universitetində Erasmus+ proqramı və ikitərəfli müqavilə əsasında təhsil alan UNEC tələbələri Əhməd Qurbanov və Arzu Cəfərova ilə də görüşüblər. Tələbələrlə tədris prosesində iştirak səviyyəsi və gələcək planları barədə müzakirələr aparılıb.

Bir həftə davam edən mübadilə çərçivəsində UNEC əməkdaşları Riqanın tarixi və turistik yerlərini də ziyarət ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay