A

Şimali Kipr Türk Cümhuriyyətinin Final Beynəlxalq Universitetinin beynəlxalq əlaqələr üzrə koordinatoru Dos. Sualp Davut UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) olub.

BMDM-in kollektivi ilə görüşdə tərəflər arasında təmsil etdikləri universitetin fəaliyyəti, təlim-tədris prosesi, magistratura və doktorantura proqramları barədə məlumat mübadiləsi aparılıb. Həmçinin Final Beynəlxalq Universitetinin professorlarının UNEC-in magistrantlarına elmi rəhbərlik etməsi, universitetlər arasında birgə konfrans, vorkşop və seminarların təşkili istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay