A

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin təşkilatçılığı ilə Dünya Bankının icraçı direktoru, İsveçrənın Azərbaycandakı səfiri Dominik Favre və Dünya Bankının icraçı direktorunun müşaviri Namiq Nağdəliyev UNEC-in tələbələri ilə görüşüb.

Tədbirdə Dünya Bankının təşkilati strukturu, Dünya Bankı Qrupuna daxil olan qurumlar,  investisiya olunan layihələrdən bəhs olunub. Tələbələr və məzunlar üçün Dünya Bankındakı karyera imkanları, təcrübə və iş proqramları barədə məlumat verilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay