A

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı üzrə İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatına yeni sədr seçkiləri keçirilib.

UNEC-də keçirilən tədbirin açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC-in rektoru professor Ədalət Muradov İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatının əvvəlki sədrinin vəzifə dəyişikliyi ilə əlaqədar ərazi təşkilatna yeni sədrin seçiləcəyəni bildirib.

Hazırda Azərbaycan tarixində ən önəmli günlər yaşandığını və bu tarixin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsinin qürurverici olduğunu deyən rektor, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qəhrəmanlığı ilə ölkəmizin ərazi bütovlüyünün və suverenliyinin tam təmin olunduğunu diqqətə çatdırıb. Rektor bu qələbənin hər birimizin qarşısında müəyyən vəzifələr qoyduğunu, İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatının öz sıralarını daha da genişləndirərək, Heydər Əliyev strategiyası əsasında uğurla aparılan dövlət siyasətinə mühüm töhfələr verəcəyini bildirib.

Yığıncaqda iştirak edən YAP-ın Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının fəaliyyətindən və qarşıda duran vəzifələrdən söz açıb.

Sonra İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatına yeni sədr və müavin seçkiləri keçirilib. UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru dosent Şaiq Əsgərov səsvermə yolu ilə ərazi təşkilatının yeni sədri, Qiyabi təhsil şöbəsinin müdiri Yalçın Köçərli isə yenidən təşkilatın sədr müavini seçilib.

Muxtar Nağıyev yeni sədri və müavini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının yeni sədri dos. Şaiq Əsgərov ona göstərilən etimada görə təşəkkürünü bildirərək, bu etimadı doğruldacağını və qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyini qeyd edib.

Tədbirdə YAP-a yeni üzv olmuş UNEC-in tələbələrinə vəsiqələr təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay