A

UNEC-də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirin rəsmi hissəsində UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru dosent Şaiq Əsgərov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tələbələri təbrik edib, qarşıdan gələn ilin uğurlu olmasını diləyib.

UNEC kollektivinin iştirak etdiyi bayram tədbirində Yaradıcılıq Mərkəzinin bədii qiraət, vokal, rəqs dərnəyinin üzvləri olan tələbələr musiqilər və müxtəlif rəqslər ifa ediblər. İstedadlı tələbələr səhnə performansları ilə UNEC kollektivinə xoş anlar yaşadıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay