A

UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsində “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının “Ekologiya” üzrə ixtisas rəhbəri Fidan Qurbanovanın təşəbbüsü ilə “Qlobal iqlim dəyişmələri və iqlim dəyişmələrinə qarşı Azərbaycanın əsas fəaliyyət istiqamətləri”  mövzusunda tədbir keçirilib.

“Yaşıl UNEC” ili çərçivəsində keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova, Xidmətin İqlim dəyişmələri mərkəzinin direktor müavini Aygün Nərimanova, Beynəlxalq əməkdaşlıq və iqlim dəyişmələri şöbəsinin baş məsləhətçisi Mətanət Avazova iştirak ediblər.

Nazirliyin nümayəndələri tədbirdə mövzu ilə bağlı maraqlı təqdimatla çıxış ediblər, eyni zamanda müəllim və tələbələrin iqlim dəyilikliyi ilə bağlı suallarını cavablandırıblar.

Qonaqlar UNEC kitabxanasına iqlim dəyişmələrindən bəhs edən  kitab hədiyyə ediblər.

Tədbirdə UNEC-in 2 saylı kitabxanası tərəfindən  ətraf mühitin öyrənilməsinə dair  kitablardan ibarət sərgi də nümayiş olunub.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay