A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Veysəloğlu Şirkətlər Qrupunun nümayəndələri ilə görüş keçirlib.

Görüş UNEC-in Elm və İnnovasiya məsələləri üzrə prorektoru professor Rövnəq Rzayev, Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri fəlsəfə doktoru Tural Nağıyev, həmin kafedranın ixtisas rəhbəri dosent Mehriban Məhərrəmova, Karyera Mərkəzinin direktoru Sevinc Məcid, Laboratoriyaların işinin təşkili mərkəzinin direktoru Ramil Sadıqovun və VŞQ-nın əməkdaşlarının iştirakı ilə baş tutub.

Tərəflər arasında mövcud olan əməkdaşlıq memorandumu çərçivəsində 7 iyun  Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunacaq birgə forumun təşkili istiqamətində ilkin müzakirələr aparılıb. Forumun əsas məqsədi qida təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin aparılması və universitet-sənaye əməkdaşlığının gücləndirilməsi olub.

Sonda gələcək əməkdaşlıq imkanları və Forumun təşkilatı detalları ətrafında fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay