A

Uzun müddət UNEC-in Əsaslı Kitabxanasının müdiri vəzifəsində çalışmış Nəzifə Bəxtiyarovanın əmək müqaviləsinə onun öz xahişi ilə xitam verilib.

Son iş günündə UNEC-in İnsan Resursları şöbəsinin müdiri Nizami Qəhrəmanov, UNEC HİK-in sədri Rüfət Süleymanlı və Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları Nəzifə Bəxtiyarovanın zəngin fəaliyyət yoluna nəzər salaraq, onun universitetin inkişafına verdiyi töhfələri yüksək qiymətləndiriblər.

Tədbirdə həmkarları tərəfindən xoş arzular səsləndirilib, Nəzifə Bəxtiyarovanın peşəkarlığı və işgüzar keyfiyyətləri xüsusi vurğulanıb.

Nəzifə Bəxtiyarova çıxışında UNEC-in son illərdə qazandığı böyük nailiyyətləri qeyd edib, kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

TOP XƏBƏRLƏR