UNEC Kitabxana-İnformasiya Mərkəzi tərəfindən Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş silsilə kitab sərgiləri təşkil olunub.
Anım məqsədi daşıyan sərgilər əsaslı kitabxanada və UNEC-in inzibati binasının foyesində nümayiş etdirilib.
Sərgilərdə Xocalı faciəsinə həsr olunmuş müxtəlif nəşrlər, o cümlədən hadisələrin şahidləri və zərərçəkmişlərin ifadələrinin yer aldığı kitablar, tarixi faktları əks etdirən araşdırmalar, eləcə də faciəni əks etdirən fotoşəkillər təqdim olunub. Nümayiş etdirilən materiallar ziyarətçilərə Xocalı həqiqətləri barədə daha dolğun məlumat əldə etmək imkanı yaradır.
Bununla yanaşı, UNEC Kitabxana-İnformasiya Mərkəzinin rəsmi veb səhifəsində də Xocalı faciəsinə həsr olunmuş nəşrlərdən ibarət virtual sərgi hazırlanıb.