UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının əməkdaşları Azərbaycan Qida Təhlükəsizliyi Universitetində (AQTİ) işgüzar görüş keçiriblər.
Görüşdə “Qida mühəndisliyi” dosentlər ixtisas rəhbəri Mehriban Məhərrəmova, Günəş Nəsrullayeva, Aynur Babaşlı, Mövlud Hüseynov və kafedranın doktorantları Səmayə Rəhimova, Səidə Məmmədova iştirak edərək, universitetdə həyata keçirilən tədris prosesi, elmi-tədqiqat istiqamətləri və mövcud ixtisaslar barədə ətraflı məlumat veriblər.
AQTİ-ni isə İdarə Heyətinin sədr müavinləri Elina Sulyayeva, Ramazan Nəbiyev, Tünzalə Qocayeva və Elmi Araşdırmalar Mərkəzinin “Qida təhlükəsizliyi və risklərin qiymətləndirilməsi” şöbəsinin müdiri Vəfa Ağayeva təmsil ediblər.
Görüş zamanı UNEC və AQTİ əməkdaşları arasında birgə elmi tədqiqatların aparılması, layihələrin hazırlanması və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Eyni zamanda, AQTİ nəzdində fəaliyyət göstərən laboratoriyalara baxış keçirilib və mövcud elmi-texniki imkanlarla tanışlıq olub.