9 may tarixində 1981-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) bitirən məzunlar universiteti ziyarət ediblər.
Məzun olduqlarından 45 il keçməsinə baxmayaraq, onlar tələbəlik illərinin xatirələrini böyük sevgi və həyəcanla yada salıblar. Keçmiş tələbələr bir zamanlar dərs aldıqları auditoriyalarda olub, universitetdə aparılan yeniliklər və dəyişikliklərlə tanış olublar.
UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru dosent Şaiq Əsgərov məzunlarla görüşüb. Görüş zamanı məzunlar tələbəlik illəri ilə bağlı xoş xatirələrini bölüşüb, onlara dərs deyən müəllimləri ehtiramla yad ediblər.
Məzunlar uzun illər sonra yenidən doğma universitetdə olmaqdan məmnunluqlarını ifadə edib, UNEC-ə uğurlar arzulayıblar.