UNEC-in professor-müəllim heyəti Sumqayıt şəhərinin orta ümumtəhsil məktəblərinə səfərlərə başlayıb.
Məktəblilərlə görüşün əsas məqsədi UNEC-i gənclərə daha yaxından tanıtmaq, bacarıqlı gəncləri, daha savadlı abituriyentləri universitetə cəlb etməkdən ibarətdir.Layihə çərçivəsində universitetin əməkdaşlarının ilk görüşü şəhərdə fəaliyyət göstərən “İstedad” liseyi, 1 saylı, 12 saylı və 24 saylı orta məktəblərin yuxarı sinif şagirdləri ilə olub. Şagirdlərə UNEC-in geniş təqdimatı keçirilib, broşürlər paylanıb, müəllimlər məktəblilərin suallarını cavablandırıblar.
Növbəti səfər Abşeron rayonunda, o cümlədən Azərbaycanın regionlarında yerləşən orta məktəblərə nəzərdə tutulub.