A

UNEC-in Dərbənd filialında ümummilli lider Heydər Əliyevin 95-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Öncə tədbir iştirakçıları ümummilli liderin universitetdə ucaldılan büstü önünə gül dəstələri düzərək, ulu öndərin əziz xatirəsini yad ediblər.

Tədbirdə filialın direktoru Təranə Abbasova və digər natiqlər ulu öndərin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik irsindən bəhs ediblər. Dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində xalqlar arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini bildirən məruzəçilər ümummilli liderin işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd ediblər.

Tədbir Azərbaycan Dövlət Dram teatrının Dərbənd filialının aktyorlarnın ifasında bədii proqramla davam edib. 

TOP XƏBƏRLƏR