İyunun 23-də Hədəf Liseyinin sərgi zalında Hədəf Kursları və Hedef Globalın təşkilatçılığı ilə “Azərbaycan Universitetləri tanıtımı-2” adlı sərgi keçirilib.
Layihəninin məqsədi Azərbaycan ərazisində fəaliyyət göstərən dövlət və özəl universitetləri abituriyentlərə tanıtmaq və abituriyentlərlə universitet nümayəndələrinin görüşünü təşkil etməkdir. Sərgidə UNEC-i Karyera Mərkəzinin direktoru Fuad Əliyev təmsil edib.
UNEC-in təqdim etdiyi stenddə sərgi iştirakçılarına tələbə mərkəzli universitet olması istiqamətində tətbiq edilən yeniliklər, Avropanın nüfuzlu universitetləri ilə ikili diplom, mübadilə və xüsusi təqaüd proqramları, beynəlxalq təşkilatlarla əməkdaşlıq, təhsil xidmətlərinin brendləşməsi məqsədilə həyata keçirilən layihələr barədə geniş informasiya çatdırılıb. Abituriyentlərin UNEC-lə bağlı sualları cavablandırılıb.