A

UNEC-də 17 noyabr Milli Dirçəliş Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Biznes və menecment fakültəsində “17 noyabr Milli Dirçəliş günü” münasibətilə mühazirələr oxunub. İlk mühazirəni “Humanitar fənlər” kafedrasının baş müəllimi Leyla Nəzirzadə “17 noyabr Milli Dirçəliş Günü – xalq hərəkatının zirvəsidir” mövzusunda oxumuşdur. Tələbələrə “Milli şüur”, “Vətən” fəlsəfəsini təhlil edən mühazirəçi bu gün gürur mənbəyimiz olan müstəqilliyimizin heç də asan başa gəlmədiyini vurğuladı. Xalqın haqq səsinin qarşısında heç bir gücün tap gətirə bilməyəcəyinin bariz nümunəsi kimi 17 noyabr 1988-ci il tarixi qururla anıldı.

Növbəti mühazirəni həmin kafedranın professoru  Nizami Süleymanov “Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlət müstəqilliyinin bünövrəsini qoymuşdur” mövzusunda oxumuşdur. N.Süleymanov qeyd etmişdir ki, 17 noyabr Azərbaycan xalqının istiqlal mücadiləsinin mühüm mərhələsini təşkil edir. Bu tarixi hadisə 1988-ci il noyabrın 17-si dekabrın 5-nə qədər Bakı şəhərində indiki azadlıq meydanında Azərbaycan xalqının müstəqilllik uğrunda mübarizəsinin davam etməsi, hərakatın ən yüksək mərhələyə çatması ilə tarixin yaddaşına həkk olunmuşdur. Bu hərəkat Azərbaycanda erməni millətçilərinin ərazi iddiaları və Dağlıq Qarabağ müxtar vilayiyətindəki separatçılıq hərakatına qarşı etiraz nümayişi idi. Bu uzun müddətli mitinqlər və nümayişlər xalqımızın müstəqillik uğrunda mübarizəsinə böyük təsir göstərmişdir. 1989-cu ilin sonu 1990-cı ilin əvvəllərində Azərbaycanda baş vermiş geniş ictimai siyasi hərəkatın qarşısının alınması üçün SSRİ höküməti Bakı şəhərinə ağır texnika ilə təhciz olunmuş qoşun yeritdi. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakı şəhərində dinc əhaliyə qarşı qətliam törədildi. Sovet qoşunlarının təcavüzü nəticəsində 131 nəfər həlak oldu, 734 nəfər yaralandı. Bu qanlı faciənin törədilməsinə qarşı etiraz əlaməti olaraq Ulu öndər Heydər Əliyev Moskva şəhərində yerləşən Azərbaycanın daimi nümayəndəliyinə gəldi və SSRİ hökümət başçılarının Bakıya qoşun yeridilməsi qərarını qeyri-insani, qeyri-demokratik və qeyri-konstitusyon hərəkat adlandırdı. Ulu öndər Heydər Əliyev tərəfindən ilk dəfə yanvar hadisəsinə siyasi qiymət verildi. O, bütün çətinliklərə və təzyiqlərə baxmayaraq Azərbaycan xalqının bu çətin günündə onunla olmaq və xalqına dayaq durmaq üçün böyük siyasətə qayıtdı. Azərbaycan xalqının müstəqillik əldə etməsi böyük çətinliklər və məşəqqətlər hesabına başa gəldi. Məhz Ulu öndərin Heydər Əliyevin böyük təcrübəsi və iradəsilə Azərbaycan xalqı müstəqilliyinə qovuşmağa, qoruyub saxlamağa nail oldu.

1988-ci il noyabrın 17-də başlamış xalq hərəkatı xalqımızın müstəqillik uğrunda mübarizəsinin daha mütəşəkkil dövrü olduğuna görə həmin gün, yeni 17 noyabr Azərbaycan xalqının Milli Dirçəliş günü kimi qeyd edilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay