A

UNEC-də Türk Standartları İnstitutunun (TSE) auditorları tərəfindən aparılan Keyfiyyəti İdarəetmə Sisteminin (KİS) auditi yekunlaşıb.

TSE-nin Azərbaycan təmsilçiliyinin rəhbəri Gülhan Yüzereoğlu və institutun auditorı Xatirə Salahovanın apardığı audit UNEC-in müvafiq struktur bölmələrini əhatə edib. İSO 9001:2015 standartının tələblərinə uyğun aparılan auditin nəticəsi TSE auditorları tərəfindən müsbət qiymətləndirilib.

Qeyd: UNEC Azərbaycanda ISO 9001:2008 KİS üzrə beynəlxalq sertifikatına layiq görülən ilk dövlət universitetidir.

TOP XƏBƏRLƏR