A

UNEC-də növbəti “Açıq qapı” günü keçirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov və müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən “Açıq qapı”da məzun, valideyn və universitet əməkdaşlarının müraciətləri dinlənilib.

Müraciətlər diplomun alınması, tədrisin keyfiyyətinin artırılması və imtahan kəsrləri ilə bağlı olub. Hər bir müraciət rəhbərlik tərəfindən dinlənilərək onların həlli istiqamətində struktur bölmə rəhbərlərinə tapşırıqlar verilib.

Qeyd edək ki, UNEC rektorunun “Açıq qapı” günləri hər ayın ilk şənbə günü keçirilir.

TOP XƏBƏRLƏR