A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının qərarı ilə “UNEC professor-müəllim heyəti üzvlərinə “tədqiqatçı” statusunun verilməsi haqqında” Qaydaların fakültələrdə təqdimatı keçirilib.

UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov və rektorun müşaviri, dosent Elşən Bağırzadənin iştirakı ilə keçirilən təqdimatda İqtisadiyyat, Texnologiya və Dizayn, Ekspertiza və Standartlaşdıma, Maliyyə və Mühasibat fakültələri, Beynəlxalq İqtisadiyyat Məktəbi, Rus İqtisad Məktəbinin professor-müəllim heyəti iştirak edib.

Professor Sakit Yaqubov “UNEC professor-müəllim heyəti üzvlərinə “tədqiqatçı” statusunun verilməsi haqqında” Qaydaların ümumi müddəaları barədə məlumat verib.

Rektorun müşaviri Elşən Bağırzadə Qaydalar barədə təqdimatla çıxış edib. Bildirib ki, “Tədqiqatçı” statusunun verilməsi üzrə başlıca tələbləri ödəyən professor, dosent, baş müəllim və müəllimlərin akademik vəzifələrinin qarşısına “tədqiqatçı” sözü əlavə ediləcək və həmin şəxslərin əmək haqları əlavə olaraq 50% artırılacaq. Bununla da Diferensial Əmək Haqqı reytinqində müvafiq yerinə uyğun olaraq tədqiqatçı statusu alan müəllim 2070-3090, baş müəllim 2380-3520, dosent 2635-3850, professor isə 3720 - 5370 manata qədər əmək haqqı ala biləcək. “Tədqiqatçı” statusuna görə verilən əlavə əmək haqqı hər tədris ili üzrə aylıq əsasda ödəniləcək.

Təqdimatda “Tədqiqatçı” statusunun verilməsi üzrə başlıca tələblər açıqlanıb, statusu əldə etmək məqsədilə müraciətlərə baxılması qaydaları, statusun ləğv edilməsi halları professor-müəllim heyətinə izah edilib.

Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay