A

UNEC İctimai Nəzarət Şurasının üzvü, Azad Müəllimlər Birliyinin sədri, tanınmış təhsil eksperti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Məlahət Mürşüdlü dünyasını dəyişib.

Azərbaycan təhsilinin inkişafında əvəzsiz xidmətləri olan Məlahət xanım UNEC ailəsinin də dəyərli üzvlərindən idi. O, İctimai Nəzarət Şurasının üzvü kimi daima universitetin sosial-ictmai tədbirlərində fəal iştirak etmiş, imtahanlarda şəffaflıq və obyektivliyin təmin olunması istiqamətində öz töhfələrini vermişdir.

Məlahəd Mürşüdlü öz fədakarlığı, milli təəsübkeşliyi ilə gənc nəslin vətənpərvər və mübariz ruhda yetişməsində misilsiz xidmətlər göstərmişdir. 

UNEC ailəsi olaraq Məlahət xanıma Allahdan rəhmət diləyirik!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay