A

UNEC-də Universitetdaxili İkili Diplom Proqramının (UDİD) ilkin təqdimatı keçirilib.

UNEC-in rektoru, professor Ədalət Muradovun iştirakı ilə keçirilən təqdimatda tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev UDİD proqramının qaydaları, tətbiqi və icrası ilə bağlı məlumat verib.

Bildirilib ki, UDİD proqramının yeni tədris ilindən reallaşdırılması nəzərdə tutulub. UDİD-ə qoşulan və proqramı uğurla bitirən bakalavrlar 4 il ərzində iki müxtəlif ixtisas üzrə diplomlara sahib ola biləcəklər. İki ixtisasa yiyələnmək tələbələrin məzun olduqdan sonra əmək bazarının tələblərinə daha çevik uyğunlaşması ilə yanaşı, onların  rəqabətqabiliyyətini də artıracaq.

Təqdimatdan sonra UDİD proqramın daha da təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb və təklflər səsləndirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay