“Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb.
Müsabiqədə qalib olan 27 iştirakçıdan 3 nəfəri UNEC-in müəllimi, 7-si isə məzundur.
Qalibləri təqdim edirik:
Xamis Seyranov
1984-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və magistratura, AMEA-da Mülki və təsərrüfat hüququ ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Malmö Universitetində Dünya siyasi prosesləri ixtisası üzrə ikinci magistratura təhsili alıb. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti”ndə şöbə müdiri vəzifəsində çalışır. UNEC Biznes Məktəbinin (MBA Proqramı) müəllimidir.
Ülkər Məlikova
1991-ci ildə anadan olub. BDU-da Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, magistratura və doktorantura təhsili alıb. "Competo" MMC şirkətində Hüquq məsələləri üzrə menecer, “KOBİA”da Korporativ hüquq üzrə ekspert, Bakı Dövlət Universiteti, "SABAH" Mərkəzi və UNEC-də müəllim vəzifəsində çalışır.
Orxan Yusibov
1990-cı ildə anadan olub. UNEC-də Maliyyə ixtisası üzrə bakalavr, Eseks Universitetində Maliyyə və iqtisadiyyat ixtisası üzrə magistratura təhsili alıb. “Corporate Solutions Consulting Limited” şirkətində maliyyə məsləhətçisi, “Azərbaycan Dəmir Yolları”nda şöbə rəisi vəzifəsində çalışır.
Cavid Hümbətov
1986-cı ildə anadan olub. UNEC-də Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, ADNSU-da magistr təhsili alıb. “Neqsol Holding” MMC-də Hesabatlılıq və Büdcə üzrə menecer vəzifəsində çalışır.
Elşən Soltanov
1987-ci ildə anadan olub. UNEC-də Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr və Biznesin idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb. “Azerconnect” MMC-də Müştəri xidmətləri strategiyası və keyfiyyətin təminatı üzrə bölmə rəhbəri vəzifəsində çalışır.
Samir Kərimov
1991-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Vergi işinin təşkili və idarə edilməsi ixtisası üzrə bakalavriat təhsili alıb. “189 TAXI” şirkətində direktor vəzifəsində çalışır.
Elçin Mirzəzadə
1983-cü ildə anadan olub. UNEC-də İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bakalav və magistr təhsili alıb. “Xalq Bank” ASC-də Kredit məhsulu və biznes proseslərin təhlili şöbəsinin rəisi vəzifəsində çalışır.
Orxan Zakirov
1991-ci ildə anadan olub. UNEC-də Dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr, Kvinslend Universitetində (University of Queensland) İqtisadi informasiya sistemlər ixtisası üzrə magistr təhsili alıb. Azərbaycan Beynəlxalq Bankında Scrum Master vəzifəsində çalışır.
Vüqar Mirzəzadə
1988-ci ildə anadan olub. UNEC-də Kommersiya ixtisası üzrə bakalavr, Qlazqo Universitetində (The University of Glasgow) İdarəetmə və beynəlxalq maliyyə ixtisası üzrə magistr təhsili alıb. Azərbaycan İnvestisiya Holdinqində Nəqliyyat şöbəsinin rəisi vəzifəsində çalışır.
Ziya Mürsəlzadə
1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Leicester Universitetində (University of Leicester) Maliyyə ixtisası üzrə magistratura təhsili alıb. SOCAR, Əmək şəraiti normalarının işlənməsi İdarəsində idarə rəisinin müavini vəzifəsində çalışır. UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimidir.