A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinə (TUDİFAK) yeni dekan təyin olunub.

UNEC rektorunun əmri ilə Prof.Dr.Mehmet Yüce TUDİFAK-ın yeni dekanı vəzifəsinə təyin olunub.

Prof.Dr.Mehmet Yüce 1973-cü ildə Türkiyənin Ağrı şəhərində anadan olub. 1987-1991-ci illərdə Bursanın Uludağ Universitetində “Maliyyə” ixtisası üzrə bakalavr təhsili, sonra isə Uludağ Universiteti Sosial Elmlər İnstitutunda, eyni ixtisası üzrə magistratura təhsili alıb. Məzun olduqdan sonra, 1994-cü ildə həmin universitetdə müəllim kimi əmək faaliyyətinə başlayıb. 1998-ci ildə doktorluq akademik dərəcəsi alıb. 2001-ci ildə Türk Dünyası Araşdırmaları Vəqfi, Qırgızıstan İqtisad və Girişimcilik Universitetinin Türk Dünyası İşlətmə Fakültəsində çalışıb. Qırgızıstanda göstərdiyi xidmətlərə görə, Qırğızıstan dövləti tərəfindən bir çox mükafatlara layiq görülüb. 2005-ci ildə dosent adını alıb.

Prof.Dr.Mehmet Yüce 2006-cı ildən fəaliyyətini  Türkiyədə davam etdirib. 2008-ci ildə Uludağ Universitetinin Maliyyə hüququ kafedrasına müdir vəzifəsinə təyin olunub. 2010-cu ildə professor adını alıb. Uludağ Universitetinin İqtisadi və İdari Elmlər fakültəsinin dekanı, Hüquq fakultəsinin dekanı və Uludağ Universitetinin prorektoru vəzifələrində çalışıb. Vergi hüququ sahəsində nəşr olunan bir çox kitab və məqalənin müəllifidir.

2021-ci il sentyabrın 9-da Türk Dünyası İqtisad Fakültəsinin dekanı vəzifəsinə təyin olunub.

Prof.Dr.Mehmet Yüceni təbrik edirik, ona yeni fəaliyyətində uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay