A

Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisi başa çatdı.

UNEC-in uğurla təmsil olunduğu sərgidə nümayiş olunan universitetin tədris prosesində istifadə edilən dərslik və dərs vəsaitləri, UNEC alimlərinin əsərləri, tərcümə nəşrləri və yeni elmi ədəbiyyatlar, eləcə də UNEC Dizayn Məktəbinin tələbələri tərəfindən yaşıl iqtisadiyyatı və mütaliə mədəniyyətini təşviq edən xüsusi installyasiya ziyarətçilərin böyük marağına səbəb oldu.

Kitabxana İnformasiya Mərkəzi və UNEC Dizayn Məktəbinin xüsusi dizayn və yeni tərtibatda hazırladığı stendin ziyarətçiləri arasında ölkənin dövlət rəsmiləri, tanınmış ictimaiyyət, elm, təhsil nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, şəhid ailəsi üzvləri, abituriyentlər, UNEC-in əməkdaşları və tələbələri olublar.

Sevindirici hallardan biri də odur ki, sərgi çərçivəsində müxtəlif təşkilatlarda çalışan mütəxəssislər və tələbələr kənar istifadəçilər kimi UNEC kitabxanalarından istifadəyə xüsusi maraq göstərdilər.

UNEC Beynəlxalq Kitab Sərgisində iştirakına görə sertifikatla təltif edildi.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay