A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 4 saylı kitabxanasında maarifləndirici təlim təşkil olunub.

UNEC-in 4 saylı kitabxanasının şöbə müdiri Səidə Rzayeva və kitabxanaçı Gülyanaq Verdiyeva tərəfindən Biznes və menecment fakültəsinin IV kurs tələbələri üçün “Kitabxana-İnformasiya Mərkəzinin abunə olduğu elektron bazalarla tanışlıq və kitabxana etikası” mövzusunda təlim keçirilib.

Təlimin məqsədi tələbələrin kitabxananın həm ənənəvi, həm də elektron resurslarından səmərəli və etik şəkildə istifadə bacarıqlarını artırmaq olub.

Tədbir zamanı tələbələrə kitabxanadan istifadə qaydaları, kitabxananın təqdim etdiyi resurs və xidmətlər, elektron kataloqdan istifadə imkanları, eləcə də elektron kitabxana haqqında ətraflı məlumat verilib. Eyni zamanda, UNEC-in abunə olduğu beynəlxalq məlumat bazaları, bu bazalardan istifadə qaydaları və resurslardan etik istifadə prinsipləri geniş şəkildə izah olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay