A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “18 Oktyabr-Müstəqilliyin Bərpası Günü”nə  həsr olunmuş  silsilə tədbirlər keçirilib.

Biznes və menecment fakültəsində Dövlət Müstəqilliyinin Bərpasının 31-ci ildönümü ilə bağlı seminarda fakültə dekanı dosent Mirağa Əhmədov çıxış edərək, dövlət müstəqilliyinin bərpası və qorunub saxlanılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətindən danışıb. Humanitar fənlər kafedrasının professoru Nizami Süleymanov ölkəmizin müstəqillik tarixindən, müstəqilliyimizi şərtləndirən amillərdən, Azərbaycan xalqının  milli azadlıq mübarizəsindən və bu yolda keçdiyi çətinliklərdən danışıb.

UNEC-in Zaqatala filialı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 18 Oktyabr-Müstəqilliyin Bərpası Gününün 31-ci ildönümü münasibəti ilə  keçirdikləri konfransda Zaqatala filialının direktor müavini Həqiqət Qədimova çıxış edərək, dövlətimizin müstəqilliyi, inkişafı və xalqımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü siyasətin, onun siyasi  kursunun layiqli davamçısı Azərbaycan Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini vurğulayıb.

İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Müstəqilliyin Bərpası günü”nə həsr olunmuş “Müstəqilliyimizin əbədi keşiyində” adlı tədbir keçirilib.  Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Elçin Eyvazov milli müstəqilliyin ölkəmizin sonrakı inkişafına verdiyi töhfələrdən bəhs edib. Azərbaycan xalqının XX əsrdə yenidən müstəqillik qazanmasının onun tarixən müstəqil təfəkkürə malik olması ilə bağlı olduğunu qeyd edən E.Eyvazov hər bir azərbaycanlı vətəndaşın müstəqilliyin əbədi keşiyində durmalı olduqlarını diqqətə çatdırıb.

Maliyyə və mühasibat fakültəsində “18 oktyabr – Müstəqilliyin Bərpası Günüdür” mövzusunda seminar keçirilib. Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev bu günün dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli bir mərhələnin başlanğıcını qoyduğunu, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası baxımından böyük önəm kəsb etməsini qeyd edərək, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

UNEC-in Maliyyə və audit kafedrasının professoru Elnur Sadıqov müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs edərək bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurlarının ən etibarlı təməli olub.

Türk Dünyası İqtisad fakültəsində 18 Oktyabr-Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunan seminarda dekan müavini Cavahirxanım Məmmədova və İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli yoldan söz açıblar.

Tələbə Həmkarlar İttifaqı (THİK) Türk Dünyası İqtisad fakültəsi, İqtisadiyyat və idarəetmə və Rus İqtisad Məktəbinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə tələbələrə müstəqillik salnaməsindən danışılıb, şeirlər və mahnılar səsləndirilib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay