A

UNEC Kitabxana İnformasiya Mərkəzinin təşəbbüsü, İqtisadiyyat və idarəetmə fakültəsinin birgə təşkilatçılığı ilə 8 noyabr Zəfər Gününə həsr olunan maarifləndirici tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Rahim Mürsəlov, Humanitar fənlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova, tələbə Nərgiz Əsgərova sentyabrın 27-də başlayan Vətən müharibəsi haqqında məlumat veriblər.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklərin işğaldan azad edildiyini bildiriblər. 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sarsılmaz iradəsi, yüksək sərkərdəlik bacarığı, diplomatik-siyasi məharəti, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində 8 noyabrın şanlı tariximizə Zəfər Günü kimi daxil olduğunu, bu parlaq qələbənin dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay