A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və audit kafedrasının məsləhətçi-professoru, Əməkdar müəllim Qəzənfər Abbasovun 85 yaşı tamam olub.

Qocaman alimin 85 illik yubileyi münasibətilə “Maliyyə və mühasibat” fakültəsinin dekanı dosent Hafis Hacıyev və dekan müavini Azər Qarayev yubilyarı evində ziyarət edib. Dekan Hafis Hacıyev UNEC rəhbərliyinin təbrik ünvanını çatdırıb, ona uzun ömür, möhkəm cansağlığı arzulayıb.

Görüşdə professor Qəzənfər Abbasov 50 illik pedaqoji fəaliyyəti təəssüratlarını, universitetlə bağlı xoş xatirələrini bölüşüb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay